10 May 2016 12:57
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi şərhçi, Ümid Partiyası İcra Aparatının keçmiş rəhbəri Nəsimi Məmmədli Müsavat Partiyası ilə AXCP-nin əməkdaşlıq istiqamətində başladıqları danışıqlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, onun fikrincə, bu birliyin mümkünlüyü barədə müzakirələr də, hətta onun baş tutması da müxalifətə heç bir müsbət təsir etməyəcək: “Hər bir qurum öz siyasətini müstəqil aparmaqla toplumu təşkilatlandırmalıdır. Bu təşkilatlar birləşəndə daha çox zəifləyir. Birləşib bir müddət sonra ən kiçik bəhanələrlə ayrılan kimi qarşılıqlı ittihamlar başlayır, üzvlərin məyusluğu yaşanır və elektorat itkisi baş verir. İqtidar isə hər iki tərəfi ələ salmaqla təbliğat üstünlüyü əldə edir.

Məncə, bu qurumların indiki durumda təkrar belə səhv etməsi inandırıcı deyil. Hər kəs öz siyasəti ilə mübarizə strategiyasını müstəqil aparsa, gələcəkdə daha aydın ittifaq yaranma ehtimalı var. Münasibətlərin normallaşdırılmasına edilən cəhdlər xoş niyyətli olsa da, əksinə, bu qurumları daha uğursuz müzakirə müstəvisinə çıxarır. Hər bir partiya iqtidara və topluma yönəlik aydın fəaliyyətdən başqa heç bir öncəlik müəyyən etməməlidir. Proseslərin təbii axarı hər şeyi yoluna qoyacaq”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər