10 May 2016 18:06
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü İsmayıl Kəsəmənli Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun AXCP ilə Müsavat arasında münasibətləri qaydaya salmaq, bu iki partiyanın eyni mövqedən çıxış etməsini təmin etmək məqsədilə atdığı addımları tənqid edib.

Qeyd edək ki, İ.Kəsəmənli uzun illər Müsavat Partiyasının üzvü olub, lakin hazırda Müsavat rəhbərliyinə qatı müxalifətdədir və sosial şəbəkələrdə daima İsa Qəmbər və Arif Hacılını tənqid edir.

O, Tofiq Yaqublunun son missiyasına özünəməxsus formada qiymət verib: “Çox hörmətli Tofiq Yaqublu AXCP ilə İsa Qəmbər və Arif Hacılı cütlüyünü barışdırmağa cəhd göstərir. Mənim ona bir məsləhətim var. Sayğıdəyər Tofiq Yaqublu, sizə çox qaranlıqdır ki, “Azadlıq” Blokundan və Milli Şuradan çıxmaqla İsa Qəmbər və Arif Hacılı cütlüyü Əli Kərimliyə ən böyük xəyanəti etmiş oldu. Funksional əməkdaşlıq adlı bir oyunu atdılar ortalığa. Hələ 2000-ci ildə AXCP kimi Əli Kərimlini deyil, digər qanadı tanıdılar. Bu xəyanəti hələ demirəm. Vaxtınızı və enerjinizi səmərəli işlərə sərf edin.

Siz istədiyiniz alınan məsələ deyil. Sizə sadəcə bir faktı deyim. Bu gün otuzdan çox cəbhəçi ilə söhbətim oldu. Onların dediyindən belə anlaşılır ki, əgər AXCP ilə Müsavat arasında barışıq baş versə, partiya daxilində Əli Kərimliyə qarşı “üsyan” baş verəcək. Sizcə, bu Əli Kərimliyə lazımdırmı? Arif Hacılı və İsa Qəmbər erası artıq bitib. Siyasi meydanda onlar missiyasını başa vuran siyasətçilərdir. Ağlı başında olan birisi heç zaman davamlı olaraq ona xəyanət edən biri və üstəlik cəmiyyətdə “siyasi meyidə” çevrilən şəxslərlə əməkdaşlıq etməz. AXCP-ni də bu qədər sadəlöhv hesab etmək siyasətdə naşılıq əlamətidir. Sizə, göstərdiyiniz, ancaq nəticəsi bu başdan məlum olan fəaliyyətinizdə uğurlar”.

Cavad


Müəllif:

Oxşar xəbərlər