11 May 2016 16:06
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, hazırda Türkiyədə yaşayan Aqil Səmədbəyli kitab yazır.

Teleqraf.com-un xəbərinə görə, bu haqda A.Səmədbəyli özünün Feysbuk profilində yazıb.

Aqil Səmədbəyli qeyd edib ki, bu günlərdə moderator.az saytında keçmiş MTN zabiti İlham İsmayılın çap edilməmiş kitabının bir parçası ilə tanış olub: “Bu yazıda Əbülfəz Elçibəyin hakimiyyətdən öz istəyi ilə getdiyi və bunun planlı şəkildə olduğu iddia edilir.

Bu yazını oxuduqdan sonra yazdığım kitabın nə qədər əhəmiyyətli olduğuna bir daha əmin oldum. İnşallah, ən geci 24 iyuna, Əbülfəz Elçibəyin doğum gününə qədər kitab çapdan çıxmış olacaq. O zaman hər kəs, o cümlədən belə düşünüb də, fikrini açıq ifadə etmək istəməyən, lakin dar çərçivələrdə bu fikirləri təkrarlayanların hamısı yanıldığını görəcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər