12 May 2016 16:27
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“90-cı illərin əvvəllərində sovet qoşunları Azərbaycana yeridiləndə və qanlı hadisələr baş verəndə bizim səsimizə ilk olaraq Dağıstandan olan qardaşlarımız səs verdi”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovla görüş zamanı deyib. O, ötən gün Dağıstanda əlamətdar hadisənin baş verdiyini və akademik Əziz Əliyevin abidəsinin qoyulduğunu xatırladaraq əlavə edib ki, həmin mərasim və Dağıstan liderinin Bakı səfəri mehriban qonşuluq münasibətlərinin göstəricidir: “Bu gün vəziyyət elə gətirib ki, bizim aramızda sərhədlər var, lakin xalqlarımız arasında mənəvi sərhəd yoxdur”.


Ramazan Abdulatipov isə təməli Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulan əlaqələrin bu gün uğurla inkişaf etdiyini söyləyib. O, əlaqələrin inkişafına Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandrın da töhfə verdiyini bildirib. (“APA”)


Müəllif:

Oxşar xəbərlər