“Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı elektron informasiya resurslarında başlanılmış bu kampaniyanı dəstəkləyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Vüsal Hüseynov öz rəsmi feysbuk səhifəsində yazıb.
Millət vəkili əlavə edib ki, bu stansiya Ermənistanda elektrik enerjisinin təqribən 40%-ni təmin edir:
“1989-cu ildə bağlanmasına baxmayaraq, 1995-ci ildə ölkədəki enerji böhranı ilə əlaqədar beynəlxalq tənqidlərə baxmayaraq fəaliyyətini bərpa edib.
Seymik baxımdan həssas ərazidə yerləşməsi, istismar müddətinin keçməsi, radioaktiv tullantıların zərərsizləşdirilməsi ilə bağlı şəraitin olmaması bu stansiyasının fəaliyyətinin təhlükə risklərini əhəmiyyətli artırır.
Buna baxmayaraq Ermənistan tərəfindən 2017-ci ildən başlayaraq bu stansiyasının fəaliyyətinin 2026-cı ilədək artırılmasını təmin edəcək plan qəbul edilib.
Beynəlxalq təzyiq və çağırışlar hazırda da mövcud olsa da, nəticəsi yoxdur. Burada hər hansı bir qəza bütün qonşu dövlətlər üçün humanitar fəlakət deməkdir. Bu baxımdan bu regional təhlükə mənbəyinin qarşısının alınması üçün beynəlxalq diqqəti və məlumatlandırmanı artırmalı və mexanizmləri işə salmalıyıq.
Bu stansiyanın bağlanması ilə region üçün nüvə təhlükəsizliyi təmin ediləcək, nüvə kontrabandası və terrorizminin qarşısı alınacaq və erməni deputatın “nüvə silahımız var” kimi sərsəm bəyanatları eşidilməyəcək”.
Xatırladaq ki, Metsamoru AES-in qapadılması üçün petisiya təşkil olunub. Petisiyaya buradan daxil olub qoşula bilərsiniz.
Bəkir