18 May 2016 11:21
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi partiyalardan birinin sədri israr etdi, görüşüb çay içdik. 1 saatlıq söhbətin 55 dəqiqəsini o danışdı”.

Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının funksioneri, İsa Qəmbərin sabiq müşaviri Səxavət Əlisoy feysbuk səhifəsində yazıb.

Fikrini davam etdirən Əlisoy qeyd edib ki, söhbət zamanı məlum olub ki, partiya sədri 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyir və bu məqsədlə indidən özünə komanda yığır: “Belələri haqqında el dilində deyirlər ki, yuxusunu qoyub nədən danışır. Kəsəsi, partiya sədri “komandası”nda təmsil olunmağımı rica etdi. Yardım edə bilməyəcəyimi dedim. Səbəbini soruşdu. Psixiatr olmadığımı xatırlatdım. Bununla da söhbətimiz bitdi”.

Cavad


Müəllif:

Oxşar xəbərlər