1 İyun 2016 11:58
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsraildə olan koalisiya hökumətinin tərkibində dəyişiklik baş verib. Koalisiyada təmsil olunan partiyalardan biri hökumətin tərkibindən çıxıb. Bundan sonra seçkilər olub və bu seçkilərdə İsrail Evimizdir Partiyası barajı keçib. Hazırda bu partiyanın bir neçə deputatı var. İsrail Evimizdir Partiyasının sədri isə Aviqdor Libermandır. Liberman İsraildə tanınmış şəxsdir, Onun partiyası böyük siyasi imicə malikdir. Həmçinin partiyanın yaradıcısı olaraq Liberman İsrail siyasi dairələrində məşhur siyasətçidir. Odur ki, gözlənilirdi ki, son seçkilərdən sonra cənab Libermana hansısa vəzifə təklif ediləcək. Çünki bundan əvvəlki hökumətlərdə də Liberman xarici işlər naziri, energetika naziri kimi yüksək postlarda çalışıb. Bir neçə gün əvvəl baş nazir Binyamin Netanyaho cənab Libermana müdafiə naziri postunu təklif etdi. Artıq Liberman and içib və hazırda hökumətdə müdafiə naziridir”.

Bunu Teleqraf.com-a İsrail hökumətinin tərkibində baş verən son dəyişiklikləri şərh edən Azərbaycan parlamentinin yəhudi deputatı Yevda Abramov deyib.

Abramov daha sonra qeyd edib ki, Liberman Azərbaycanda da tanınır. Onun sözlərinə görə, İsrailin yeni müdafiə naziri xarici işlər naziri postunda olduğu dövrdə Azərbaycana dörd dəfə rəsmi səfər edib: “Bakıda Milli Məclisdə, Azərbaycan prezidentinin qəbulunda olub. Liberman bu bölgənin problemlərini bilən təcrübəli siyasətçidir. Həm də dünya hadisələrindən çevik baş çıxaran diplomat olaraq tanınır. Bu mənada onun müdafiə naziri postuna gətirilməsi müsbət hadisədir”.

Millət vəkili hesab edir ki, İsraildə müdafiə naziri kimi mühüm postda Aviqdor Libermanın olması Azərbaycan üçün də müsbət perspektiv vəd edir: “Bu həm İsrail xalqı və hökuməti, həm də İsraillə yaxşı əlaqələr quran, strateji partnyor olan Azərbaycan üçün yaxşı haldır. Eyni zamanda cənab Liberman parlamentarizm məsələlərində də öndə gedən insandır. O, İsrail parlamenti olan Knessetdə Azərbaycanla dostluq qrupunun sədridir. Məndə eyni vəzifəni Azərbaycan parlamentində daşıyıram. Libermanla mənim kifayət qədər yaxınlığım var. Əgər Liberman mənə yaxındırsa, deməli, həm də Azərbaycana yaxındır. Eyni zamanda İsraillə Azərbaycan dövləti arasında böyük strateji partnyorluq var. Bunlar hərbi məsələlərdir. İndi cənab Libermanın müdafiə naziri olması bizə imkan verir ki, gələcəkdə Azərbaycan və İsrailin üzərinə götürdüyü öhdəliklər vaxtında yerinə yetirilsin”.

Nemət


Müəllif:

Oxşar xəbərlər