ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu ay Azərbaycan ilə Ermənistan prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edib.
"Report"un verdiyi xəbərə görə, o, jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ilə görüşüb. İyunun 2-də isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə görüş keçirəcək.
"Bizim məqsədimiz Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini daha da inkişaf etdirmək və hərtərəfli sülhə nail olmaqdan ibarətdir", - deyə səfir vurğulayıb.