2 İyun 2016 17:19
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu qərarı Almaniyanın müasir dövrünün ən böyük səhvi hesab etmək olar. Nə zamansa gələcək alman nəsilləri bu səhvə görə Tükiyədən üzr istəyəcəklər”.

Bunu millət vəkili Aydın Mirzəzadə Almaniya parlamentinin bu gün qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

A.Mirzəzadə əlavə edib ki, əslində, qərar qardaş Tükiyənin müstəqil siyasətinə təzyiq formasıdır və məqsəd Türkiyənin birləşmiş Avropaya yolunu kəsməkdir: “Qərar qəbulunda ən ağrıdıcı məqam qondarma "erməni soyqırımı" iddialarının fəal dəstəkçilərindən birinin Yaşıllar Partiyasının lideri müliiyətcə türk olan Cem Özdemirin olması və qərara lehinə səs verməsidir.

Türk oğlu Özdəmir öz xalqına çirkab atanlardan biri oldu, o, siyasi karyerasını milli kökündən və anasının ruhundan üstün tutdu. Görünür, vaxtında kimlərsə ona şərəfin hər şeydən üstün olduğunu deməyi unudublar”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər