3 İyun 2016 13:01
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanuna dəyişiklik təklif olunur. Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur.

Teleqraf.com-un məlumatına görə, deputat Zahid Oruc hesab edir ki, Azərbaycanda elm və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması ölkə başçısının yeni təhlükəsizlik siyasətinin tərkib hissəsidir:

“Ordu peşəkarlardan ibarət olmaqla bərabər alimlər də elm səngərində döyüşməyə hazılanmalıdırlar. Hər il daha çox qocalan elm adamlarımız orta yaşı 55-dən yuxarı idi. 30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarət idi. Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qoyulurdu. Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə misilsiz olan belə bir addım atıldı. Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkünün olacaq və Təşkilat-səfərbərlik idarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər