11 İyun 2016 23:34
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya millisinin kapitanı Lorik Sana "Avro-2016"nın A qrupunda İsveçrəyə qarşı matçda (0:1) ikinci sarı vərəqə aldığı epizodu şərh edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, həmin epizodda başqa çıxış yolu olmadığı üçün bilərək əllə oynadığını deyib:

"Topa çata bilmirdim, ona görə də əllə oynamağa məcbur idim. İsveçrəlilərin qapıçımızla təkbətək çıxmasına imkan vermək olmazdı. Mən komandamı pis vəziyyətdə qoydum, amma qarşıda hələ iki oyunumuz var".


Müəllif:

Oxşar xəbərlər