9 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində son oyununu keçirib.
Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızn qolunu Nərmin İsmayılova vurub.
Qeyd edək ki, turnirin ilk oyununda Rumıniya yığmasına 1:4 hesabı ilə məğlub olan futbolçularımız ikinci qarşılaşmada Sloveniya komandasına qalib gəlmişdi – 2:1.