19 İyun 2016 09:00
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər treki çox sürətli trekdir. Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfirliyi təşkil etdiyi qəbulda "Renault Sport" komandanın direktoru Frederik Vasör deyib.

"Biz hələ belə şəhər trekini görüşmədik. Şəhər yolları üçün çox yüksək sürəti və həmçinin maraqlı döngələri qeyd etmək istəyirəm", - deyə komandanın direktoru bilidrib.

"Renault Sport" komandasının nümayəndəsi Jan-Pol Drio qeyd edib ki, Bakı adi trek elementləri ilə şəhər yolunu yarada bilib.

Onun sözlərinə görə, Bakı Avropa Qran Prisi üçün çox yaxşı hazırlaşıb.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.


Müəllif:

Oxşar xəbərlər