“Avro-2016”nın F qrupunda keçirilən Portuqlaiya – Avstriya matçından (0:0) sonra maraqlı hadisə baş verib.
Qol.az-ın məlumatına görə, matçın final fiti verildikdən sonra meydana azarkeş daxil olub.
O, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə şəkil çəkdimək istəyib. Təhlükəsizlik xidmətinin işçiləri buna mane olmağa çalışsa da, Ronaldo azarkeşi yanına çəğırıb və onunla şəkil çəkdirib.