İspaniya millisinin baş məşqçisi Visente del Boske "Avro-2016"nın 1/8 finalında İtaliyaya uduzduqları oyun haqda danışıb.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis komandasının ilk hissədə pis oynadığını bildirib:
"İlk hissədə oyunumuz alınmadı. Oyunçularda nə əminlik, nə də konsentrasiya var idi. Fasilədən sonra daha yaxşı oynadıq. Ən azından hesabı bərabərləşdirməyə cəhd etdik. Bütün ölkəyə və azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuza görə utanmırıq. Ölkəmizi turnirdə təmsil etdiyimiz üçün qürur duyuruq. Bundan sonra "DÇ-2018"nin seçmə mərhələsi haqda düşünəcəyik".
Qeyd edək ki, 1/8 finalda İtaliyaya 0:2 hesabı ilə uduzan son Avropa çempionları turnirlə vidalaşıb.