UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.
Siyahıya Madridin “Real” klubu başçılıq edir. “Bavariya” ikinci , “Barselona” isə üçüncüdür.
Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”dadır-122-ci yer. Amma klub ötən illə müqayisədə bir pillə geriləyib.
“Neftçi” 2 pillə irəliləyərək 156-cı, “Qəbələ” 5 pillə irəliləyərək 208-ci, “Kəpəz” isə 5 pillə irəliləyərək 312-ci yerə qalxıb.
“İnter” 6 pillə geriləyərək 219-cu ,“Xəzər Lənkəran” da 6 pillə geriləyərək 284-cü, “Bakı” isə 6 pillə geriləyərək 323-cü yerə düşüb.
Azərbaycan millisi isə reytinqdə 24-cü pillədəki yerini qoruyub.