12 İyul 2016 01:12
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən və “ölüm yarışı” adı verilən ağırlıqqaldırma üzrə yarışda yeni rekord qeydə alınıb.

Komanda.az xəbər verir ki, Eddi Hall adlı ingilis atlet 462 kq çəkini bir həmlədə qaldırıb. Bu isə yeni dünya rekordu deməkdi.

27 yaşlı Eddinin bu uğurunu izləyənlər arasında məşhur aktyor Arnold Şvartseneger də olub.

Eddi Hall üst-üstə 4 dəfə İngiltərənin ən güclü adamı seçilib.


Müəllif:

Oxşar xəbərlər