UEFA Avropada ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, finala Qaret Beyl (UelsZ, "Real" Madrid), Antuan Qrizmann (Fransa, "Atletiko" Madrid) və Kriştiano Ronaldo (Portuqaliya, "Real") yüksəlib. 2014/2015 mövsümünün ən yaxşısı Lionel Messi isə ilk üçlükdə yer almayıb.
Avropanın ən yaxşı futbolçusunun adının avqustun 25-i - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib. Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.
Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:
4. Luis Suares (Uruqvay, "Barselona") - 29 xal
5. Lionel Messi (Argentina, "Barselona") - 25 xal
6. Canluici Buffon (İtaliya, "Yuventus") - 19 xal
7. Pepe (Portuqaliya, "Real") - 9 xal
8. Manuel Noyer (Almaniya, "Bavariya) - 6 xal
9. Toni Kroos (Almaniya, "Real") - 5 xal
10. Tomas Müller (Almaniya, "Bavariya") - 2 xal