Avqustun 13-də futbol üzrə Topaz Premyer Liqasının ikinci turu çərçivəsində daha bir matç oynanılıb.
Teleqraf.com xəbər verir ki, günün tək qarşılaşması Gəncədə keçirilib.
Son iki sırada qərarlaşan “Kəpəz” və AZAL komandaları üz-üzə gəlib.
Avropa Liqasında uğursuz çıxışdan sonra çempionata da məğlubiyyətlə start verən Şahin Diniyevin yetirmələri ilk qələbəsini qazanmağa çalışsa da, paytaxt təmsilçisinin müqavimətini qıra bilməyib – 0:0.
İlk turda “Neftçi” ilə oyunda istədiyi nəticəni əldə edə bilməyən AZAL isə çətin səfərdən bir xalla dönmək vəzifəsinin öhdəsindən gəlib.
Sabah tura “Neftçi – “Zirə” oyunu ilə yekun vurulacaq.