"Fənərbaxça"nın baş məşqçisi olacağı gözlənilən Dik Advokat bu gün İstanbula gedib.
Hollandiyalı mütəxəssis bu gün İstanbul klubunun nümayəndələri ilə müqavilənin şərtlərini müzakirə etmək üçün görüşəcək. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağl gözlənilir.
Qeyd edək ki, D.Advokat bu gün Hollandiya millisindəki məşqçi vəzifəsindən istefa verib.