Braziliya millisinin futbolçusu Neymar "Barselona"nın bazasına sentyabrda qayıdacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı hücumçunun Rio-2016-da Olimpiya çempionu olmasından sonra Kataloniya klubu ona İspaniyaya qayıtmağa icazə verib.
Neymar DÇ-2018-in seçmə mərhələsində sentyabrın 2-i Ekvadora və sentyabrın 7-i Kolumbiyaya qarşı keçiriləcək oyunlardan sonra "Barselona"ya qayıdacaq.