3 Sentyabr 2016 09:45
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

"Report"un məlumatına görə, siyahıda yeni transfer Boyan Şaranov da var.

29 yaşlı serbiyalı qolkiper əsas heyətə düşmək üçün İbrahim Şehiç və Şahrudin Məhəmmədəliyevlə rəqabət aparacaq. Əvəzində türkiyəli Halit Oğuzhan sifariş ərizəsində yer almayıb.

Siyahıda 9 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu da var. Ümumilikdə 25 futbolçudan yalnız 2-si B siyahısına daxil edilib. Bunlar müdafiəçi Eltun Turabovla yarımmüdafiəçi Salman Cəfərovdur.

"Qarabağ"ın sifariş ərizəsi:

Qapıçılar: 1. Boyan Şaranov, 12. Şahrudin Məhəmmədəliyev, 13. İbrahim Şehiç

Müdafiəçilər: 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Miçel, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 34. Salman Cəfərov, 67. Əlhərbi Əl Jadeyaui, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Hücumçular: 6. Dino Ndlovu, 9. Reynaldo, 17. Namiq Ələsgərov, 71. Vüqar Nadirov.

Qeyd edək ki, "Qarabağ" ilk turda Çexiya "Slovan"ını qəbul edəcək. Sentyabrın 15-də Bakıda keçiriləcək görüş saat 19:00-da başlanacaq.


Müəllif: