14 Sentyabr 2016 10:49
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu komandamızın aktivinə üçüncü medalı əlavə edib.

AZƏRTAC xəbər verir ki, bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayan idmançımız mübarizədə ikinci olaraq yenə gümüş medala sahib olub. Y. Çebanu 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub. O, bu göstərici ilə özünün şəxsi rekordunu da yeniləyib.

Xatırladaq ki, atletimiz bunadək Rio Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş və 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.

Bununla da Paralimpiya yığmamızın Rioda qazandığı ümumi medalların sayı səkkizə çatıb.


Müəllif:

Oxşar xəbərlər