23 Sentyabr 2016 08:17
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz 1/8 final mərhələsində Tailand yığması ilə qarşılaşıb. Rəqibə 13:8 hesabı ilə qalib gələn futzalçılarımız 1/4 finala yüksəlib.

Növbəti rəqib Portuqaliyadır.

Bu görüş sentyabr 26-da Bakı vaxtı ilə saat 03:00-da keçiriləcək.


Müəllif: