28 Sentyabr 2016 17:46
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası - “Cüdo TV” fəaliyyətə başlayıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər.

“Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.


Müəllif: