"Azərbaycanda iki xal itirmişik. Bu səbəbdən, PAOK-la oyunda qələbə qazanmağa çalışacağıq".
"Report"un məlumatına görə, bunu Avropa Liqasının J qrupunda çıxış edən Çexiyanın "Slovan" klubunun kapitanı Milan Baroş Yunanıstan PAOK-u ilə II tur matçı öncəsi mətbuat konfransında deyib.
Bununla belə, 35 yaxşı hücumçu daha yaxşı durumda olduqlarını vurğulayıb: "Bizim üçün hər bir oyun əhəmiyyətlidir. Hazırda daha yaxşı nəticələr göstərmək üçün əlverişli imkanlara malikik".
Baş məşqçi İndrjix Trpişovski isə qrupda favoritin olmadığını söyləyib. O, doğma meydan amilindən yararlanmalarının vacibliyini dilə gətirib.
Qeyd edək ki, J qrupunun digər matçında "Qarabağ" İtaliyada "Fiorentina"nın qonağı olacaq. Qrup mərhələsinin ilk turunda Bakıda baş tutmuş "Qarabağ" - "Slovan" görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.