13 Oktyabr 2016 08:35
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Lionel Messi komanda ilə ümumi məşqlərə başlayıb.

Argentinalı hücumçu komandasının bugünkü məşqində iştirak edib.

Buna baxmayaraq, o, "Deportivo"ya qarşı oktyabrın 15-i La Liqada keçiriləcək oyuna kimi hazır olmayacaq.

Onun Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnib.
Qol.az


Müəllif: