29 Oktyabr 2016 22:58
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Premyer Liqanın 10-cu turuna start verilib.

Teleqraf.com-un məlumatına görə, AZAL "Qarabağ"ı qəbul edib.

İlk hissə 0:0 hesabı ilə başa çatıb.

İkinci hissədə oyuna qonaqlar daha fəal başlayıblar. 63-cü dəqiqədə Muarrem Muarrem oyunun ilk və son qolunu vurub.

Beləliklə, 10 turdan sonra xallarının sayını 22-yə yüksəldən “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində yerini möhkəmləndirib. AZAL isə 3 xalla sonuncu yerdədir.


Müəllif: