Ağdamın “Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət olunub.
Teleqraf.com xəbər verir ki, 2018-ci il dünya çempionatını seçmə mərhələsi çərçivəsində İsrailə qarşılaşacaq Albaniya millisinin baş məşqçisi Covanni De Byazi 27 futbolçuya dəvət göndərib. Onlardan biri də "Qarabağ"ın müdafiəçisi Ansi Aqollidir.
Ağdam klubunun üzvü noyabrın 12-də doğma meydanda keçiriləcək oyunda İsrailə qarşı forma geyinə bilər.