"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.
"Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək", - deyə Rəhimov bildirib.