"Barselona"nın futbolçusu Lionel Messi ilə bağlı apellyasiya şikayəti rədd edilib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun sarı vərəqəsinin ləğv edilməsi ilə bağlı müraciəti ləğv edilib.
Qeyd edək ki, L.Messi "Sevilya"la ilə görüşün 83-cü dəqiqəsində butsu çıxdığı üçün onu yenidən geyinib. Matçın hakimi həmin müddət argentinalı hücumçunun ləng hərəkət edərək vaxtı uzatmağa çalışdığını düşünərək ona sarı vərəqə göstərib.