Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Teleqraf.com-un məlumatına görə, yığmamız səfərdə Şimali İrlandiyanın qonağıdır.
İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda da davam etdirməyə çalışacaq.
Yığmamız matça ciddi itki ilə çıxıb. Kapitan Rəşad Sadıqov zədə səbəbindən çətin səfərdə meydana çıxa bilməyib.
DÇ-2018, seçmə mərhələ
C qrupu
IV tur
23:45. Şimali İrlandiya - Azərbaycan 4:0 (İkinci hissə)
Qollar: Lafferti, 27 (1:0), MkAuley, 40 (2:0), MkLauhlin, 66 (3:0), Brunt, 83 (4:0)
Baş hakim: Klement Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. “Vindzor Park” stadionu