Türkiyə millisinin və “Qalatasaray”ın sabiq kapitanı Bülənt Qorxmaz Bakıya gəlib.
Qol.az-ın məlumatına görə, bu barədə o, öz instagram hesabında paylaşım edib.
Səfər futbolla bağlı deyil. O, Bakıda fəaliyyət göstərən Türkiyə şirkətinin dəvəti ilə ölkəmizə gəlib.
Günün ikinci yarısında Bülənt Qorxmaz sabiq klubu “Bakı”nın rəhbərliyi ilə görüşəcək.
47 yaşlı mütəxəssis 2009-2010-cu illərdə “Bakı”nı çalışdırıb.