Çempionlar Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Barselona"nın hücumçusu Lionel Messi həftənin ən yaxşı oyunçusu seçilib.
O, azarkeşlərin 46 faizinin səsini toplayıb.
Qeyd edək ki, L.Messi ÇL-də "Seltik"lə səfər oyununda dubla imza atıb.