Türkiyədə maraqlı hadisə baş verib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, “Trabzonspor” azarkeşlərindən biri “Fənərbaxça” muzeyindən oğurluq edib. Kubokların saxlanıldığı şüşə kabinanı başı ilə sındıran fanat oradan çempionluq kuboklarından birini götürərək bağırıb: “Trabzon bu kuboku illərdi ki gözləyir”.
Polis 38 yaşlı azarkeşi hadisə yerində həbs edib.
Qeyd edək ki, Türkiyə Super Liqasının 2010/11 mövsümündə son həftəyə qədər amansız rəqabət halında olan “Fənərbaxça” və “Trabzonspor” yekunda birinciliyi eyni xalla başa vurmuşdular. Ancaq top fərqində daha yaxşı vəziyyətdə olan İstanbul klubu çempion olmuşdu. Maraqlıdır ki, həmin mövsüm başa çatan kimi Türkiyədə 3 iyul hadisələri baş vermiş, “Fənərbaxça” oyun alqı-satqısında günahlandırılmış, prezident Aziz Yıldırım həbs edilmişdi. Sonradan komanda və prezident bəraət alsa da, trabzonlular hələ də özlərini o mövsümün çempionu hesab edirlər.