Nyu-Yorkda boks üzrə 2 versiya üzrə (WBC и IBF) keçirilən dünya çempionatında qeyri-adi hal baş verib.
Teleqraf.com xəbər verir ki, bazar günü isveçli Badou Jackadu və britaniyalı James Degale arasında keçirilən görüşün 5-ci raundunda isveçli boksçunun solaxay zərbəsi təsadüfən hakimin çənəsinə dəyib və o, az qala nakauta düşüb.
Amma boksçu hakimi qucaqlayaraq onun yıxılmasına imkan verməyib və hakim bir neçə saniyədən sonra özünə gəlib.
Boksçu üzr istəyib, hakimsə ona heç bir xəbərdarlıq etməyərək döyüşü davam etdirib.
Görüş heç-heçə qurtarıb və hər iki boksçu öz titullarında qalıblar.
Badu Cek WBC versiyası üzrə dünya çempionu, Ceyms Diqeyl isı İBF versiyası üzrə ən yaxşıdır.