"Beşiktaş"ın futbolçusu Kərim Fray karyerasını İngiltərədə davam etdirəcək.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu çempionşipdə mübarizə aparan "Birmingem" transfer edib. Onunla 3.5 illik müqavilə imzalanıb. İngilislər bu transfer üçün İstanbul klubuna 2 milyon 250 min avro ödəyib.
Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi 2013-cü ildə “Fülhem”dən "Beşiktaş"a transfer olunub.