25 Yanvar 2017 17:25
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin durumuna aydınlıq gəlib.

Goal.az xəbər verir ki,“Bursaspor”la anlaşan Prosineçki bu gün AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb və istəyini ona çatdırıb. Abdullayev bu keçidə razılıq verməyib.

Prosineçkinin Azərbaycan millisi ilə müqaviləsini araşdıran “Bursaspor” klubunun vəkilləri onun təzminat haqqının 2 milyon avro olduğunu üzə çıxarıblar. Millimizlə birlikdə “Bursaspor”u da çalışdırmaq variantı isə Superliqa təmsilçisinin prezidenti Ali Ayı qane etməyib. Müqavilənin pozulmasına çalışan xorvatiyalı çalışdırıcının bu arzusu təzminat məsələsinə görə alınmayıb. Əksinə, AFFA rəhbərliyi onunla sazişi daha 1 il müddətinə artırmaq niyyətindədir. Baş verənlərdən məyus olan Prosineçki “ağ-yaşıllar”a “yox” cavabını verməli olub.


Müəllif:

Oxşar xəbərlər