2016-cı ildə keçirilən Avropa çempionatının final mərhələsi təşkilatçı ölkə Fransanın iqtisadiyyatına 1,2 milyard avrodan çox pul qazandırıb.
Teleqraf.com-un qol.az-a istinadən xəbərinə görə, bu haqda UEFA-nın saytı məlumat yayıb. Aparılan araşdırma zamanı bəlli olub ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarışı izləmək, orada iştirak etmək üçün Fransaya üst-üstə 613 min qonaq gəlib. Orta hesabla bir əcnəbi qonaq Fransada 7,9 gün keçirib və günə 153 avro xərcləyib.
Bu və sair xərclərdən gəlir 1,2 milyard avrodan çox olub. Yarışın hazırlığına isə Fransa hökuməti 200 milyon avro xərcləyib.