31 Yanvar 2017 13:36
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökcü İngiltərə klublarının maraq dairəsinə düşüb.

Qol.az-ın xəbərinə görə, bu haqda "The Sun" qəzeti məlumat yayıb. Bildirilib ki, Premyer Liqa təmsilçiləri "Tottenhem" və "Everton" 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

O.Kökcünün yetirməsi olduğu "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi O.Kökçü “Feyenoord”un U-19 və U-21 komandalarında çıxış edib. 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət edib. Türkəsilli futbolçu bu təklifi qəbul edib və bu ay U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılıb. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.


Müəllif:

Oxşar xəbərlər