2016-cı ildə dünyanın ən çox qazanan idmançılarının adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, "Forbes" jurnalının tərtib etdiyi siyahıda məvaciblər, bonuslar və reklamdan gələn gəlirlər əsas götürülüb.
Siyahıda 1-ci yeri "Real"ın futbolçusu Kriştiano Ronaldo tutub. Portuqaliya millisinin üzvü ötən il 88 milyon dollar (56 milyon klubdan+32 milyon reklamdan) qazanıb.
"Barselona"nın argentinalı ulduzu Leonel Messi siyahıda 2-cidir. Onun gəliri 81,4 milyon dollar (53,4+28) olub.
1. Kriştiano Ronaldo (futbol) - 88 milyon avro
2. Lionel Messi (futbol) - 81,5 milyon
3. Lebron Ceyms (basketbol) - 77 milyon
4. Rojer Federer (tennis) - 68 milyon
5-6. Novak Cokoviç (tennis) - 56 milyon
5-6. Kevin Dyurant (basketbol) - 56 milyon
7-9. Fil Mikelson (qolf) - 53 milyon
7-9. Sem Nyuton (Amerika futbolu) - 53 milyon
7-9. Cordan Spit (qolf) - 53 milyon
10. Kobe Brayant (basketbol) - 50 milyon