Dünya və Avropa çempionu, Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi Yürgen Klinsmannın oğlu Conatan Klinsmann CONCACAF çempionatında iştirakı üçün ABŞ-ın gənclərdən ibarət yığmasına çağırılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın gənclər yığmasının baş məşqçisi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmannı turnirdə oynayacaq 20 futbolçu siyahısına daxil edib.
Yarış fevralın 17-dən martın 5-dək Kosta-Rikada keçiriləcək.
Y.Klinsmann almaniyalı mütəxəssis 2011-ci ildən 2016-cı ilədək ABŞ yığmasını çalışdırıb.