“Real”ın yarımmüdafiəçisi Qaret Beyl bu gün komandasının ümumi məşqlərinə qoşulub.
Teleqraf.com-un xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
Qeyd edək ki, uelsli futbolçu ötən ilin noyabrında zədə aldığı üçün yaşıl meydanlardan uzaq düşüb. Beylin martın 7-də “Napoli” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə meydana çıxacağı ehtimal edilir.