20 Fevral 2017 22:53
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də Rumıniya Olimpiya Komitəsində bu ölkənin Cüdo Federasiyasına seçkilər keçirilib.

Teleqraf.com xəbər verir ki, seçkilərdə federasiyanın sədri və beş vitse-prezident seçilib, strukturu müəyyənləşdirilib. Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə Rumıniya Cüdo Federasiyasının sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib. SOCAR-ın Rumıniya törəmə şirkəti “Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub.

Qeyd edək ki, Rumıniya Cüdo Federasiyası bir müddət öncə Həmzə Kərimovun vitse-prezidentlik vəzifəsinə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs SOCAR-ın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər