Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com-un PFL-in saytına istinadla verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 21-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
Qeyd edək ki, liberiyalı müdafiəçi top uğrunda mübarizədən sonra yerdə qalan rəqibi Julien Ebaha qəsdən təpik vurmuşdu.
Bundan başqa, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.