"Qalatasaray"ın futbolçusu Burak Yılmazla bağlı maraqlı xəbər yayılıb.
Teleqraf.com xəbər verir ki, ulduz futbolçunun aktrisa Naz Elmasla sevgi macərası yaşadığı bildirilir.
Cütlük bir dərginin təşkil etdiyi yardım tədbirində tanış olub. Gecə boyunca eyni masada outran Burakla Naz olduqca səmimi görünüb. Burakın "Qalatasaray" forması yardım gecəsində auksiona çıxarılıb. Onu satışa çıxarmaq vəzifəsi də aktrisanın üzərinə düşüb.
İddialara görə, Naz həmin gecə Buraka sözün əsl mənasında aşiq olub. Cütlük bundan sonra mesajlaşmağa və telefonla danışmağa başlayıb. Onların artıq bir neçə dəfə görüşdüyü də deyilir.