15 Mart 2017 13:25
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyunu meydan sahibi komandanın 80 illik yubileyi gününə təsadüf edəcək.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, martın 18-də "Bakcell Arena”da keçiriləcək görüş simvolik olaraq saat 19:37-də başlayacaq. "Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. Oyunda azarkeşlər "Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq.


Müəllif:

Oxşar xəbərlər