21 Mart 2017 18:09
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya millisinin İtaliya ilə keçirəcəyi DÇ-2018-in seçmə mərhələ oyunu və Bosniya və Herseqovinaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib.

Təcrübəli futbolçu seçmə mərhələnin əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb.

İtaliya ilə oyun martın 24-də, Bosniya və Herseqovina ilə yoldaşlıq matçı isə martın 28-də keçiriləcək.

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə dəvət alıb. Bu o deməkdir ki, Ağdam klubunun futbolçuları millilərinin heyətində üz-üzə gələ bilər.


Müəllif:

Oxşar xəbərlər