6 Aprel 2017 15:49
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə keçirilən seçkilərlə əlaqədar Azərbaycan futbol ictimaiyyətinə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, qurumun saytı vasitəsi ilə yayımlanan müraciətdə deyilir:

“Bildiyiniz kimi, AFFA-nın İcraiyyə Komitəsinin iclasında mənim UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyim irəli sürülmüşdü. Ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşlərim oldu, seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacağam.

Konqresdə mənə səs verən 24 milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə məndən dəstəyini əsirgəməyən hər bir kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə, futbol ailəmizə dərin təşəkkürümü bildirirəm”.

Elxan Məmmədov namizədlər sırasında olsa da, UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilməyib.


Müəllif:

Oxşar xəbərlər