12 May 2017 15:07
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib.

Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər